Paytaxtda 2 sərnişin avtobusu “Mercedes”lə toqquşdu, 6 nəfər yaralandı

Paytaxtda 2 sərnişin avtobusu “Mercedes”lə toqquşdu, 6 nəfər yaralandı

21 Sentyabr 2011 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Xətai rayonunda "Otoyol" və "Daewoo" markalı sərnişin avtobusları və "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "Otoyol" markalı sərnişin avtobusu aşaraq içərisində olan 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Heç kəs qəzadan sığortalanmayıb. Buna baxmayaraq, hər zaman ehtiyatlı olmaq lazımdır.

Tofiq Əliyev

O.M.