Şəmkirdə ağır yol qəzası

Şəmkirdə ağır yol qəzası

21 Sentyabr 2011 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir rayonu ərazisində, Goranboy rayon sakini Təyyar Alıyevin idarə etdiyi "Azəryolservis" ASC-yə məxsus "Mitsubishi" markalı avtomaşının təkəri partlayıb. Nəticədə T.Alıyev idarəetməni itirdiyindən avtomaşın yolun əks istiqamətinə çıxaraq, qarşıdan gələn Ağstafa rayon sakini Münasib Bəhrəmovun idarə etdiyi "Mercedes" markalı avtomaşına dəyərək aşıb. T.Alıyev aldığı xəsarətdən hadisə yerində ölüb.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə aparar.

Tofiq Əliyev

O.M.