Tibb Universitetinin dosenti özünü 4-cü mərtəbədən atdı

Tibb Universitetinin dosenti özünü 4-cü mərtəbədən atdı

21 Sentyabr 2011 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, sentyabrın 20-də Bakının Nizami rayonu ərazisində intihar hadisəsi baş verib. Özünə qəsd edən R.Fərəcovla bağlı bəzi məlumatlar əldə edilib. Məlum olub ki, Tibb Universitetinin dosenti olan R.Fərəcov bir neçə il əvvəl xəstəliyi ilə əlaqədar təqaüdə çıxıb. O, 3 dəfə insult keçirib. Birinci dəfə onun sifəti əyilib, ikinci dəfə gözləri, sonuncu dəfə isə nitqi tutulub. Bir müddət əvvəl isə şəkər xəstəliyinə görə sağ ayağı amputasiya olunub. Mərhum dosentin dərdləri bununla da bitmir. Onun oğlu Natiq Fərəcov 2004-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişib. Görünür, onun xəstəliklərinin baş qaldırmasında da elə oğul dərdi az rol oynamayıb.

Allah rəhmət eləsin.

Tofiq Əliyev

O.M.