Türkiyədə qadın terror törətdi

Türkiyədə qadın terror törətdi

21 Sentyabr 2011 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Siirt şəhərində terrorçu qadın 4 nəfəri qətlə yetirib, 2 nəfəri yaralayıb. Terrorçu qadın Siirt Polis Məktəbinin yaxınlığından keçən Megan markalı, qara rəngli avtomobili polis maşını zənn edərək əvvəl avtomobilə avtomat silahdan atəş açıb, sonra əl qumbarası atıb. İkinci qumbaranın terrorçunun əlində partlaması onun ölümünə səbəb olub. Maşında olan 6 gənc qadından 4-ü həlak olub, ikisi ağır yaralanıb. Onların hamısı mülki şəxsdir, toya gedirmişlər. Yaralılar Siirt dövlət xəstəxanasına çatdırılıb.

İncə məxluq kobud iş tutdu.

Tofiq Əliyev

O.M.