Günün havasından xəbəriniz olsun

Günün havasından xəbəriniz olsun

21 Sentyabr 2011 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda gecə 17-19° , gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 762 millimetr civə sütununadək enəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz olacaq. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 13-18°, gündüz 28-33° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər duman olacaq. Temperatur gecə 7-12°, gündüz 15-20° isti olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq.

Temperatur gecə 14-18°, gündüz 22-27° isti olacaq. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 10-15°, gündüz 18-23° isti olacaq. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 14-19°, gündüz 24-29° isti təşkil edəcək. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır. Temperatur gecə 15-20°, gündüz 23-28°, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacaq.

Havanın necə olmasından asılı olmayaraq, sizə aydın səma arzulayırıq.

Günel Həbib

O.M.