Qanunsuz tələbə qəbul etməkdə təqsirləndirilən rektor məhkəmə zalından azadlığa buraxılıb

Qanunsuz tələbə qəbul etməkdə təqsirləndirilən rektor məhkəmə zalından azadlığa buraxılıb

20 Sentyabr 2011 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru Muğan Salahov, prorektoru Ramazan Hüseynov və xəzinədarı Nemət Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Muğan Salahov 4 il, Ramazan Hüseynov 3 il, Nemət Həsənov isə 2 il şərti azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər abituriyentləri ali məktəbə qanunsuz qəbul etməkdə ittiham olunurlar. Cinayət işi üzrə 61 nəfər zərərçəkmiş var.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə ittiham edilirlər.

Artıq tamah baş yardı.

Tofiq Əliyev

O.M.