Çində daşqınla əlaqədar 1 milyon insan evakuasiya edilib

Çində daşqınla əlaqədar 1 milyon insan evakuasiya edilib

20 Sentyabr 2011 16:36
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Siçuan əyalətində baş verən güclü daşqın və torpaq sürüşməsi nəticəsində 57 nəfər ölüb, 11 nəfər itkin düşüb. Təbii fəlakətdən ümumilikdə 3 milyondan çox adam zərər çəkib. Siçuan, Şaanşe və Henan əyalətlərində 1 milyonadək sakin öz evlərindən təcili evakuasiya olunub. Təbii fəlakət zonasında 31 min ev su altında qalıb, on minlərlə hektar əkin sahəsini su basıb. Siçuan əyalətinə dəymiş maddi ziyan 940 milyon dollar qiymətləndirilib. Meteoroloqlar bunu bölgədə 1847-ci ildən bəri ən güclü daşqın olduğunu bildirirlər. Şaanşe əyalətində isə torpaq sürüşməsi fəsadlara yol açıb. İçməli su mənbələri çirklənmə təhlükəsi ilə üz-üzə qalıb.

Apardı sellər "Kitayı".

Tofiq Əliyev

O.M.