Bakıda Türkiyə vətəndaşının sifarişi ilə maşın qaçırıldı

Bakıda Türkiyə vətəndaşının sifarişi ilə maşın qaçırıldı

20 Sentyabr 2011 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Binəqədi rayonu ərazisindən Qasım Tanrıverdiyə məxsus "Ford" markalı avtomaşını qaçırmış şəhər sakinləri Fariz Hüseynov və Xəqani Hacıyev tutulub. Araşdırmalar zamanı avtomaşının Türkiyə vətəndaşı Şirket Korkmazın sifarişi ilə qaçırılması müəyyən edilib. Ş.Korkmaz izahatında, Q.Tanrıverdiyevin ona borclu olduğu pulu verməməsi ilə əlaqədar avtomaşını qaçırmağı sifariş etməsini etiraf edib.

Ş.Korkmazın qorxmazlığı ona baha başa gələcək.

Tofiq Əliyev

O.M.