Bakı metrosunda yenilik

Bakı metrosunda yenilik

20 Sentyabr 2011 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Məlumata görə, metropolitenin şöbə müdiri Aftandil Bayramov açıqlamasında bildirib ki, yaxın vaxtlarda "Memar Əcəmi"də ikinci keçid stansiyasının inşasına başlanacaq. "Bu stansiyanın tikintisinə 2011-ci ilin noyabr-dekabr aylarında start veriləcək. Hazırda layihəni gözləyirik. Keçid stansiyanın inşasının 2013-cü ilin sonlarında başa çatdırılması nəzərdə tutulub", - deyə A.Bayramov bildirib. Şöbə müdiri deyib ki, "Memar Əcəmi" stansiyasından Bakı Beynəlxalq Avtovağzalına yeni metro xətti də çəkiləcək və o, "Memar Əcəmi"ni "Avtovağzal" stansiyası ilə birləşdirəcək: "Hazırda "Avtovağzal" stansiyasının tikintisi tam gücü ilə davam etdirilir. Bu işlər 2013-cü ildə başa çatdırılacaq və sərnişinlər avtovağzala metro ilə gedə biləcək". Qeyd edək ki, yaxın 20 ildə Bakı Metropolitenində 53 yeni stansiyanın inşası nəzərdə tutulub. Bu, 84,3 kilometrlik xəttin çəkilməsi deməkdir. Bununla da, Bakı metrosunda stansiyaların sayı 76-ya, metro xətlərinin uzunluğu isə 119 kilometrə çatacaq. Perspektivdə "Bakıxanov", "Qaraçuxur", "Yeni Günəşli", "Zığ", "Badamdar", "Bibiheybət", "Yeni Yasamal", "Binəqədi" və sair stansiyaların inşası nəzərdə tutulur.

Bakının altı da bəzək olacaq, üstü də.

Günel Həbib

O.M.