Bakıya daha 200 ədəd yeni taksi avtomobili gətirilib

Bakıya daha 200 ədəd yeni taksi avtomobili gətirilib

20 Sentyabr 2011 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərində taksi xidmətlərinin təkmilləşdirilməsi məqsədilə təsis olunmuş "Baku Taxi Company" şirkətinin xətti ilə paytaxta daha 200 ədəd yeni taksi avtomobili gətirilib. Bu barədə Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, bununla da paytaxtdakı taksilərin sayı 300-ə çatıb: "İlin axırına qədər isə bu rəqəm 1000-ə çata bilər".

Qeyd edək ki, yeni taksi maşınları Böyük Britaniyanın "Manganese Bronze" şirkətindən alınır. Taksilər Çinin "Geely Automobile Holding"i tərəfindən istehsal olunaraq "Manganese Bronze" şirkətinə göndərilir. Bunun üçün Azərbaycan tərəfi Britaniya şirkətinə 16 mln. funt sterlinq (təxminən 26,1 mln. ABŞ dolları) ödəyəcək.

Taksi xidmətlərinin təkmilləşdirilməsi proqramı Britaniyanın "TX4 London Taxis" qrupu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. "Manganese Bronze" şirkəti "TX4 London Taxis" üçün bir sıra beynəlxalq (Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Küveyt) sifarişlər həyata keçirib.

Hər şeyin təzəsi, taksilərin də təzəsi.

Tofiq Əliyev

O.M.