Rezidenturaya sənəd qəbulu başa çatıb

Rezidenturaya sənəd qəbulu başa çatıb

20 Sentyabr 2011 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda rezidenturaya sənəd qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, ilkin statistik məlumatlara əsasən, rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün 1056 namizəd öz ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirib.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanları sentyabrın 24-25-də iki gün ərzində keçiriləcək. Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətində (müvafiq olaraq qəbul proqramı əsasında) baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq.

Qüvvət elmdədir. Başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz.

Tofiq Əliyev

O.M.