Sirt şəhəri uğrunda qızğın döyüşlər gedir

Sirt şəhəri uğrunda qızğın döyüşlər gedir

20 Sentyabr 2011 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Sirt şəhəri uğrunda qızğın döyüşlər dünən də qiyamçı qüvvələr üçün bir nəticə verməyib. Liviyanın devrilmiş lideri Müəmmər Qəddafi əleyhdarları şəhərin bir sıra mövqelərinə artilleriya zərbələri endirib. Rejim tərəfdarları isə təslim olmaq haqqında çağırışlara Katyuşa tipli raketlərdən atəş açmaqla cavab verib.

Dinc sakinləri isə şəhəri tərk etməyə davam edir. Onların əksəriyyəti güllə-borandan qorunmaq üçün şəhər kənarı məscidlərdə sığınacaq tapmalı olur. Bir çoxları isə şəxsi maşınlarında hələ vəziyyət tam dəyişməmiş şəhəri tərk edir.

Sirtin ələ keçirilməsi uğrunda əməliyyatlara NATO qüvvələri də qoşulub. Ancaq bu dəfə alyans qüvvələri odlu silaha deyil, psixoloji təzyiq vasitəsinə əl atıb. Belə ki, müxtəlif radio tezliklərdə, Qəddafi tərəfdarlarını təslim olmağa, Liviya xalqının tərəfinə, tarixin haqq olan tərəfinə keçməyə çağırıb.

Paytaxt Tripolidə isə yeni Liviya hökumətinin hərbi sözçüsü, Milli Keçid Şurası qüvvələrinin Səbanın hava limanını və bir sıra məntəqələrini ələ keçirdiyini xəbər verib. Onun sözlərinə görə, Səbanın əsas mövqeləri artıq Qəddafi tərəfdarlarının nəzarətində deyil.

Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü.

Tofiq Əliyev

O.M.