Bakıda “Mercedes” “VAZ 2109”la toqquşdu

Bakıda “Mercedes” “VAZ 2109”la toqquşdu

20 Sentyabr 2011 09:05
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Mətbuat prospektində yol qəzası baş verib. Zakir Zərbəliyevin idarə etdiyi Rusiya dövlət nömrə nişanlı "VAZ-2109" və İlkin Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, təmir gedən prospektdə iki hərəkət zolağından biri bağlanıb və hər iki istiqamətdə hərəkət edən maşınlar eyni zolaqdan istifadə etməli olur. Qəzaya da "Mercedes"in müvəqqəti olaraq əks istiqamətdə hərəkət edən maşınlar üçün nəzərdə tutulan zolağa çıxması üzündən baş verib.

Heç də yol qəzaları həmişə qəzasız ötüşmür. Odur ki, ehtiyatlı olun.

Tofiq Əliyev

O.M.