Pakistanda partlayış baş verib

Pakistanda partlayış baş verib

19 Sentyabr 2011 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın Kəraçi şəhərində güclü partlayış baş verib. 8 nəfərin öldüyü bildirilir. Kamikadze avtomobilə yerləşdirdiyi partlayıcı qurğunu cinayət-axtarış departamentinin rəisinin evi yaxınlığında işə salınıb. Terror aktının hədəfinin məhz yüksək rütbəli polis əməkdaşının olduğu ehtimal edilir.

Polis partlayış üçün azı 200 kiloqram partlayıcı maddədən istifadə edildiyini bildirib. Yaxınlıqdakı evlərə ciddi ziyan dəyib. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Terrorçular öldürülsə də, terror ölmür.

Tofiq Əliyev

O.M.