Sabah da göylər "ağlayacaq"

Sabah da göylər "ağlayacaq"

19 Sentyabr 2011 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda buludlu və yağışlı hava sabah da davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumatda deyilir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-27 dərəcə isti təşkil edəcək. Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti təşkil edəcək. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Havanın necə olmasından asılı olmayaq, çalışın sağlam qalın.

Günel Həbib

O.M.