Bakı-Quba yolunda ağır yol qəzası

Bakı-Quba yolunda ağır yol qəzası

19 Sentyabr 2011 11:38
695
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı-Quba yolunun 47-ci kilometrliyində, Rusiya ilə sərhədin yaxınlığında "Mercedes" markalı 50 BT 147 dövlət nömrə nişanlı avtomobil aşıb. "ANS PRESS"in məlumatına görə, qəza nəticəsində sürücü Xızı rayon sakini 31 yaşlı Ramin Dadaş oğlu Atababayev həlak olub. Hadisə yerində istintaq şöbəsinin əməkdaşları araşdırma aparır. İlkin versiyaya görə, hadisəyə səbəb avtomobilin yüksək sürətlə idarə edilməsidir.

Sürət məsafəni yox, ömrü qısaldır.

Tofiq Əliyev

O.M.