Ölkəmizdə uşaq ölümünün səviyyəsi aşağı düşüb

Ölkəmizdə uşaq ölümünün səviyyəsi aşağı düşüb

16 Sentyabr 2011 17:51
Bəyəndim (0) Bəyənmədim (0)

UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada uşaq ölümünə (Child Mortality Report) həsr edilmiş illik hesabatını açıqlayıb. BMT-nin saytında yerləşdirilən məlumata görə, son illər ərzində ilk dəfə olaraq uşaq ölümün səviyyəsi nəzərə çarpacaq dərəcədə aşağı düşüb. UNİCEF və ÜST-in açıqladığı sənəddə söhbət beş yaşına kimi uşaqlardan, körpələrdən (2-3 yaş) və təzəcə doğulmuş uşaqlardan gedir. Əgər 1990-cı ildə uşaq ölümü 12 milyon nəfər təşkil edirdisə, ötən il bu göstərici 7.7 milyona kimi enib. Hesabata görə, Azərbaycanda da uşaq ölümünün səviyyəsi aşağı düşüb. İndi ölkədə dünyaya gəlmiş hər min uşağa orta hesabla 40-99 ölüm faktı düşür. Sənəddə qeyd olunur ki, 1990-cı ildə Azərbaycanda hər 1000 nəfər beş yaşlı uşağa 93 nəfərin ölümü düşürdüsə, 2010-cu ildə bu göstərici orta hesabla 46-ya enib. 2-3 yaşlı uşaqlar arasında isə bu göstərici 74-dən 39-a enib. Neonatal ölüm hallarına gəlincə burada 31-dən 19-a kimi eniş müşahidə edilir. UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatına görə, uşaq ölümün azalması ilk növbədə səhiyyə xidmətləri və immunizasiyanın daha geniş yayılması ilə bağlıdır.

Uşaqların yaşamadığı bir dünya qorxunc olardı. (J.Kanyon)

Tofiq Əliyev

O.M.