Borcu olanların işığı sentyabrın 21-dən kəsiləcək

Borcu olanların işığı sentyabrın 21-dən kəsiləcək

16 Sentyabr 2011 17:27
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakıelektrikşəbəkə" ASC borclu abonentləri xəbərdarlıq edib. ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 21 sentyabr tarixi saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində,həmçinin internet saytı (www.bes.az) vasitəsilə "onlayn" olaraq həyata keçirilir.

Borclu borclunun sağlığını istəməyəcək.

Tofiq Əliyev

O.M.