Londonda 4 quldur bir satıcıya məğlub oldu

Londonda 4 quldur bir satıcıya məğlub oldu

16 Sentyabr 2011 16:06
Bəyəndim (0) Bəyənmədim (0)
Satıcı beysbol çubuğu ilə quldurlara dərs verib

Londonda təhlükəsizlik kameraları 4 quldurun soyğunçuluq cəhdinə şahidlik edib. Zərgər dükanına əllərində dəyənəklərlə girən 4 soyğunçu şüşə dəzgahları qırmağa başlayıb. Satıcının qorxub geri çəkilməsini gözləyən soyğunçuların arzuları ürəklərində qalıb. Əlindəki beysbol çubuğu ilə soyğunçulara hücum edən satıcı quldurları maşınlarına qədər qovub. Hətta maşının şüşələrini beysbol çubuğu ilə qırıb. Soyğunçular məqsədlərinə çata bilmədən qaçmaq məcburiyyətində qalıblar.

Doğru elə bağırdı ki, oğrunun bağrı yarıldı.

Tofiq Əliyev

O.M.