Hər tərəfi su olsa da içməyə su tapmır

Hər tərəfi su olsa da içməyə su tapmır

14 Aprel 2011 15:56
865
Bəyəndim (0) Bəyənmədim (0)

Kuba son 50 ilin ən böyük quraqlığı ilə qarşı-qarşıya qalıb. Paytaxt Havanada yüz mindən çox insanın içmək, yemək, bişirmək və təmizlik üçün istifadə etdikləri su tankerlərlə daşınaraq paylanır.

İki il əvvəl başlayan quraqlıq ölkədəki su ehtiyatını 20%-ə qədər azaldıb.

Quraqlığın başlaması ilə dövlət su anbarlarını açıb və susuzluqdan ən çox əziyyət çəkən bölgələrə tankerlərlə su göndərməyə başlayıb.

Rəsmi mətbuat orqanı "Qranma" - nın verdiyi məlumatda Havanaya gedən su kəmərlərinin çoxunun yararsız olduğu və təcili şəkildə bərpaya ehtiyacı olduğu bildirilir.

Kubanın yağış mövsümü may və iyun aylarıdır. Lakin kifayət qədər yağış yağsa da, istifadə olunan ehtiyatların bərpa olunmayacağı bildirilib.

Kubada su quruyur. Kommunist rəhbərliyinin canı isə hələ də suludur.

Elvin Babayev

O.M.