Avstraliyada kimyəvi zavodda təhlükəli yanğın olub

Avstraliyada kimyəvi zavodda təhlükəli yanğın olub

16 Sentyabr 2011 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyanın paytaxtı Kanberra yaxınlığında kimyəvi maddələr zavodu yanğın olub. Şəhərdən 5 kilometr aralıda yerləşən zavoddan şəhərə doğru zəhərli tüstü buludu yayılmaqdadır. Kanberranın minlərlə sakini evakuasiyaya hazırlaşır. Məktəblərdə dərslər təxirə salınıb, yollar bağlanıb.

Artıq bir neçə saatdır yanğını söndürmək mümkün deyil. Alov 200 metr hündürlüyədək qalxıb. Zavod ərazisində tonlarla kimyəvi maddə qalıb. Yanacaq dolu sisternlər partlamaqda davam edir.

Ekoloqlar zavoda yaxın rayonlarda havadan nümunə götürürlər. Kimyəvi reaksiya nəticəsində həyat üçün təhlükəli olan fosgenin ayrılması təhlükəsi yaranıb. Həmin maddədən birinci dünya müharibəsi zamanı silah kimi istifadə edilib.

Od olan yerdən tüstü çıxdı.

Tofiq Əliyev

O.M.