Afinada tələbələr hökumətin yeni iqtisadi islahatlarına qarşı mitinq keçirir

Afinada tələbələr hökumətin yeni iqtisadi islahatlarına qarşı mitinq keçirir

16 Sentyabr 2011 11:35
942
Bəyəndim (0) Bəyənmədim (0)

Afinada minlərlə tələbə Yunanıstan hökumətinin yeni iqtisadi islahatlarına qarşı mərkəzi küçələrdə bir araya gəlib. Əllərində plakatlar tutmuş tələbələr yeni iqtisadi ölçülərin sonuncu mərhələsi müzakirə olunan Parlament binası istiqamətində hərəkət edərək, hökumət əleyhinə müxtəlif şüarlar səsləndirib. Yeni iqtisadi ölçülərə əsasən Yunanıstan xilasedici borcları almağa davam edəcək.

Artıq bir ildən çoxdur ki, Yunanıstan hökuməti ölkəni borc bataqlığından çıxarmaqda avropalı partnyorlarına və Beynəlxalq Valyuta Fonduna ümid edir. Parlament isə borc siyasətini yoluna qoymaq əvəzinə, İctimai televiziyanın təmiri, dövlət qurumlarının birləşdirilməsi və Dövlət Qulluqçularının İntizam Məcəlləsinin daha da sərtləşdirilməsi kimi məsələləri müzakirə edir.

Qeyd edək ki, iki gün əvvəl Yunanıstan, Almaniya və Fransa dövlətlərinin liderləri Yunanıstanda iqtisadi islahatların aparılmasına dair razılığa gəlmişdi.

Hamı bir nəfər üçün, bir nəfər hamı üçün olmalıdır.

Tofiq Əliyev

O.M.