Prezident Administrasiyası nazirlik və komitələrə tapşırıq verib

Prezident Administrasiyası nazirlik və komitələrə tapşırıq verib

15 Sentyabr 2011 17:42
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Prezident Administrasiyası tərəfindən bütün nazirlik və komitə rəhbərlərinə ölkə vətəndaşlarının dövlət strukturlarına müraciət etməsini və birbaşa əlaqəsini asanlaşdırmaq barədə tapşırıq verilib.

APA-nın verdiyi məlumata görə, tapşırıqda indiyədək nazirlik və komitələrdin saytlarında vətəndaşların müraciətlərini asanlaşdıran məqamların olduğu, bununla belə, zəruri addımların atılmasının, sistemli qaydada işlər görülməsinin vacibliyi vurğulanıb.

Beləliklə, nazirlik və komitələrin rəhbərlərinə müvafiq internet resurslarda (hər bir qurumun rəsmi saytında) rəhbər şəxslər tərəfindən vətəndaşların qəbul günlərinin, vətəndaşların müraciət etməsi üçün bölümlərin yaradılması və s. məlumatların yerləşdirilməsi tapşırılıb.

Tofiq Əliyev

O.M.