Yeni “iPhone 5”

Yeni “iPhone 5”

15 Sentyabr 2011 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu payız informasiya texnologiyaları bazarının əsas hadisəsi "Apple" şirkətinin smartfonlarının yeni versiyası olacaq. "iPhone 5" adı alacaq yeni modelin satışa oktyabrın 15-i buraxılacağı gözlənilir. Bu barədə Fransanın "Orange" operatorunun icraçı dirketoru Stefan Riçardın bildirdiyinə görə, yeni model "Orange" şirkətinin xüsusi tarif paketləri ilə birlikdə alıcılara təklif olunacaq.

Aparılan sorğular isə "iPhone 5" modelinin 2010-cu ilin iyununda satışa çıxarılmış "iPhone 4" modelindən qat-qat məşhur olacağını göstərir. Belə ki, respondentlərin 31 faizi yeni "Apple" modelini almağa tələsdiklərini bildiriblər.

Tofiq Əliyev

O.M.