Ermənilər Ordumuzun zabitini başından yaralayıblar

Ermənilər Ordumuzun zabitini başından yaralayıblar

15 Sentyabr 2011 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti yaralanıb. Hadisə ötən gecə cəbhənin Füzuli istiqamətində qeydə alınıb. Ermənilərin atəşkəsi pozması nəticəsində Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən "N" saylı hərbi hissəsinin leytenantı Qabil Abdullayev düşmən gülləsinə tuş gəlib. Nəticədə başından güllə yarası alan zabit hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev açıqlamasında faktı təsdiqləyib. Zabitin vəziyyəti stabildir.

Bayraqları bayraq edən üstündəki qandır.

Tofiq Əliyev

O.M.