Birinci sinfə gedəcək uşağı maşın vuraraq öldürüb

Birinci sinfə gedəcək uşağı maşın vuraraq öldürüb

15 Sentyabr 2011 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdaş rayonunda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Rayon Polis Şöbəsinin müstəntiqi Şirazi Qasımzadə APA-ya bildirib ki, hadisə ötən gün axşam saatlarında Ağdaş-Ləki yolunun 8-ci kilometrliyində qeydə alınıb. Rayonun Nehrəxəlil kənd sakini, 1986-cı il təvəllüdlü İsmayılov İbrahim Səttar oğlu idarə etdiyi 33-BV-498 dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik maşını ilə yolu keçən piyadanı - Binələr kənd sakini, 2004-cü il təvəllüdlü Əhmədova Haviyə Gündüz qızını vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan H. Əhmədova sentyabrın 15-də gecə saat 00:30 radələrində dünyasını dəyişib. Məlumata görə Haviyə Əhmədova bu gün birinci sinfə getməli idi. Faktla bağlı rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Birinci sinfə getməli idi, son mənzilə yola salındı.

Tofiq Əliyev

O.M.