Təhsildə islahatlar İspaniyada etirazlara səbəb oldu

Təhsildə islahatlar İspaniyada etirazlara səbəb oldu

15 Sentyabr 2011 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın paytaxtı Madriddə müəllimlər küçələrə çıxıb. Etiraz aksiyasına toplaşanlar hökumətin iqtisadi islahatlarına qarşı çıxıblar. Xüsusilə də təhsilə ayrılan büdcə xərclərinin azaldılmasına qarşı şüarlar səsləndirilib.

Plana əsasən, İspaniyada təhsilə ayrılan xərcləri azaltmaq üçün təhsil müəssisələrində ştatda işləyən müəllimlərin iş vaxtının 2 saat artırılması nəzərdə tutulur. Bu, ştatdankənar müəllimlərin verdiyi saat-hesabı dərsləri aradan götürərək büdcəyə qənaət etmək məqsədi daşıyır. Müəllimlər isə "təhsil xalqın gələcəyidir, onunla oynamaq olmaz!" deyərək, yeni plana etiraz edirlər.

Qeyd edək ki, İspaniyada təhsil sektoru birbaşa hökumətə deyil, yerli orqanlara tabedir, buna görə də aksiya iştirakçıları mərkəzi hökumətə deyil, bələdiyyələrə səsləndiklərini bildiriblər.

"Təhsil xalqın gələcəyidir, onunla oynamaq olmaz".

Tofiq Əliyev

O.M.