Sahil qəsəbəsində qatar 27 yaşlı qadını vurdu

Sahil qəsəbəsində qatar 27 yaşlı qadını vurdu

15 Sentyabr 2011 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün gecə dəmir yolunun Qaradağ rayonunun Sahil qəsəbəsindən keçən hissəsində elektrik qatarı qəza törədib. Qatar dəmir yolu xəttindən keçən piyada, 1984-cü il təvəllüdlü Əhmədova Xatirə İsgəndər qızını vurub. Hadisədən sonra yaralı şahidlərin köməkliyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Görülən tədbirlərə baxmayaraq, Xatirə Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadın xəstəxanaya gətiriləndə vəziyyəti ağır olub və əməliyyat zamanı dünyasını dəyişib.

Qeyd edək ki, Xatirə Əhmədova bir elektrik qatarından düşüb və yolu keçərək digərinə minmək istəyirmiş. Bu zaman o, əks yolla gələn qatarın zərbəsi ilə üzləşib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Qatar Xatirə Əhmədovanın xatirəsində dəhşətli iz buraxdı.

Tofiq Əliyev

O.M.