Bu gün Sumqayıtda 11 məktəb direktoru işdən azad edildi

Bu gün Sumqayıtda 11 məktəb direktoru işdən azad edildi

14 Sentyabr 2011 17:40
Bəyəndim (0) Bəyənmədim (0)
Növbə digər məktəblərindir

Sumqayıtda 65 yaşına çatmış 11 məktəb direktoru işdən azad edildi. Bu xəbəri mətbuata Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov verib. O deyib ki, tədbirlər qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Xatırladaq ki, hazırda Sumqayıt şəhərində 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir.
Ümumtəhsil məktəblərindən 4-ü yeni tipli (3 lisey, 1 gimnaziya) təlim-tərbiyə müəssisəsidir.

Demokratiya qanunun diktaturasıdır...

Tofiq Əliyev

O.M.