Tərtərdə içərisində hərbiçilərin olduğu maşın aşıb, xəsarət alanlar var

Tərtərdə içərisində hərbiçilərin olduğu maşın aşıb, xəsarət alanlar var

14 Sentyabr 2011 17:57
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ordusunun əsgərləri Tərtərdə yol qəzasına düşüb. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib. Hadisə bu gün rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin Tərtərdə yerləşən "N" saylı hərbi hissəsinin əsgərləri Nurlan Məmmədov və Qurban Məmmədovun olduğu "Moskviç" markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə hər iki əsgər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Sürücülər yola çıxarkən unutmamalıdırlar ki, onların yolunu gözləyən var.

Tofiq Əliyev

O.M.