Almaniyanı qarışdıran internet saytı

Almaniyanı qarışdıran internet saytı

14 Aprel 2011 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada fəaliyyət göstərən" ishareGossip.com" saytına daxil olan gənclər əxlaq və şəxsi həyatın gizliliyinə əhəmiyyət vermədən bir-birilərinə qarşı hər cür kəlmə işlətməkdən çəkinmirdilər. Bütün bunlara göz yuman saytın rəhbərliyi sayəsində bu günə kimi ölkənin kriminal aləmi xeyli zənginləşib. Ən son 17 yaşlı bir gənc 20 nəfərin hücumuna məruz qalıb. Hazırda o, xəstəxanada həkim nəzarəti altındadır. Elə bu və digər səbəblərdən də sayt müvəqqəti olaraq bağlanıb. Onun yenidən işıq üzü görüb-görməyəcəyi isə sual altındadır.

Saytın forumunda "Bu çirkli türklərdən əbədi olaraq qurtulmamız lazımdır" - kimi ifadələrə, yəhudilərə qarşı şərhlərə də rast gəlinir.

İnsanın işlətdiyi kəlmələr onun düşüncə tərzini, kimliyini büruzə verir. Odur ki, Dünya müharibələrinin hər ikisinin müəllifinin məhz Almaniya olması təəccüblü görünmür.

Günel Həbib

O.M.