“Windows 8”-in sınaq versiyası təqdim edildi

“Windows 8”-in sınaq versiyası təqdim edildi

14 Sentyabr 2011 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Proqram təminatının işlənib hazırlanması ilə məşğul olan Amerika korporasiyası "Microsoft" Kaliforniyada keçirilən texnologiyalar konfransında yeni əməliyyat sistemi Windows 8-in ilkin versiyasını təqdim edib. Bu əməliyyat sistemi proqram təminatı hazırlayanlar üçün nəzərdə tutulub və məhsulun hazır variantı sayılmır.

Əməliyyat sisteminin tam hazır son variantına gəldikdə isə, "Microsoft" korporasiyasının nümayəndələri Windows 8-in 2012-ci ilin iyun-iyul aylarında hazır olacağını bildiriblər.

Windows 8-in bir neçə test variantı proqram təminatı hazırlayanlara öz məhsullarını təkmilləşdirmək imkanı verəcək.

Tofiq Əliyev

O.M.