Yaşayış üçün əlverişli yeni planet

Yaşayış üçün əlverişli yeni planet

14 Sentyabr 2011 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Cənub Observatoriyasının astronomları Günəş sisteminin hüdudlarından kənarda 50 yeni planet kəşf ediblər. Bu planetlərdən birinin isə insan yaşayışı üçün əlverişli şəraitə malik olduğu ehtimal edilir. Lakin alimlər bu planetdə atmosferin isti buxarın həddindən artıq çox olduğu rus hamamını xatırlatdığını qeyd ediblər.

Yeni kəşf edilmiş ekzoplanetlərdən 16-sı isə "super-yer kürəsi" tiplidir, yəni onların hər birinin kütləsi yer kürəsinin kütləsindən 1-10 dəfə çoxdur. İnsan yaşayışı üçün əlverişli olduğu ehtimal edilən ekzoplanet də bunlara aid olub, kütləsi yer kürəsinin kütləsindən 3,6 dəfə çoxdur. Bu planet Yerdən 35 işıq ili uzaqlığındadır.

Astronomların yeni kəşfi Günəş sistemindən kənarda aşkar edilmiş planetlərin ümumi sayını 669-a çatdırıb.

Elmin yüksək inkişafı gizli qalmış sirlərin üstünü açır.

Tofiq Əliyev

O.M.