SENSASİYA-"Əl Qaidə"də 3 amerikalı xristian çalışır

SENSASİYA-"Əl Qaidə"də 3 amerikalı xristian çalışır

14 Sentyabr 2011 12:14
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ 11 sentyabr günü Türkiyəyə hədə-qorxu gəldi

Bu barədə əldə etdiyimiz məxfi məlumatlar...

Hər il 11 sentyabr günündə bütün dünyanın gözü bir nömrəli terrorçu elan edilmiş Usama ben Ladenə yönəlirdi. Belə ki, 2001-ci ilin həmin günü ben Ladenin rəhbərlik etdiyi "Əl Qaidə" təşkilatı ABŞ-da böyük terror hadisələri törətmişdi. Nəticədə iki Ticarət Mərkəzinin göydələn binası və Pentaqonun bir korpusu uçurulmuşdu və bu hadisə yüzlərlə adamın ölümünə səbəb olmuşdu. Usamanın məhz ABŞ kəşfiyyatının tapşırığı ilə hərəkət etdiyi və bu dövlətin yaratdığı təşkilatın başında durması haqda əldə etdiyimiz məxfi sənədləri zaman-zaman sizlərə təqdim etmişik. Heç şübhəsiz ki, terrorçu elan edilmiş adamın birdən-birə, izi itirilərək yoxa çıxarılması yalnız böyük imperiyanın xeyir-duası və maliyyə dəstəyi ilə mümkün ola bilərdi. Nə isə, keçək əsas mətləbə...

Ənənəvi olaraq bu il də sentyabrın əvvəlləri "Əl Qaidə" internet vasitəsilə bütün dünyaya müraciətini yaydı. Yeri gəlmişkən, internet dalğalarının yayımlandığı peyk ABŞ-a məxsusdur və bu peykin vasitəsilə istənilən adamın yerini təsbit etmək mümkündür. Müraciətdə böyük şəhərlərin sırasında Türkiyənin paytaxtı Ankaranın da adı çəkilirdi. Terrorçular həmin şəhəri hədəfə alacaqlarını bildirmişdilər. Elə də oldu. Daha doğrusu, Ankara şəhərinin mərkəzində gecə ikən mikroavtobus çoxmərtəbəli dayanacaqların birində saxladı. İçərisindəki şəxslər maşını qoyub naməlum istiqamətdə yoxa çıxdılar. Səhər saat 9-a yaxın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin səlahiyyətli şəxsləri Ankara şəhərinin Baş Polis İdarəsinə zəng vuraraq fakt barədə məlumat verdilər. Polis dərhal əməliyyata keçdi. Hadisə yerində aşkar edilmiş maşında, həqiqətən də, 603 kiloqram partlayıcı tapıldı. Araşdırma zamanı məlum oldu ki, maşın oğurluqdur və İstanbuldan saxta nömrə ilə sürülərək gətirilib. Hadisə yerində əvvəlcədən quraşdırılmış təhlükəsizlik kamerasındakı qeydlər dərhal araşdırıldı. Məlum oldu ki, qeyri-müəyyən səbəblərdən gizli kamera bir həftədir ki, işləmir. Bu səbəbdən maşını gətirənlərin şəxsiyyətini müəyyən etmək mümkün olmadı. Bununla belə, partlayıcı ilə dolu olan maşın Ankaranın kriminal laboratoriyasına aparıldı. İstintaq başladı. Maşının üzərində barmaq izləri və ən kiçik detallar araşdırıldı. Lakin bu istiqamətdə aparılan işlərdə nədənsə heç bir nəticə əldə olunmadı. Təkcə o bilindi ki, partlayıcı mini atom bombası qədər dağıdıcı qüvvəyə malikdir və işə düşəcəyi təqdirdə, yaxınlıqda 2 kilometr ərazini məhv etmək gücünə malikdir. Bomba partlasaydı, Türkiyə parlamentinin, Silahlı Qüvvələrin Mərkəzi qərargahının, Nazirlər Kabinetinin, Prezident İqamətgahının binaları tam surətdə xəsarət görəcəkdi. Bu isə Türkiyə dövlət və hökumət rəhbərlərinin eyni anda fiziki məhvi demək idi. Xoş təsadüfdən və ya bilərəkdən bu qanlı aksiya həyata keçirilməmiş qaldı. Bu yerdə məqalənin əvvəlinə qayıtmaq istərdik. Daha doğrusu, ben Ladenin ABŞ kəşfiyyatçısı olması fikrinə. "Wikileaks"in ən son məlumatlarına görə, terrorçunun ətrafında üç amerikalı silahdaşı çalışırdı və bu gün də onlar "Əl Qaidə"nin sıralarındadır. Təşkilat rəhbərinin mətbuat katibi rolunu oynayan ABŞ-lı Con Uolker adlı şəxsdir. Digər iki nəfərin adlarını dəqiqləşdirmək isə hələ mümkün olmayıb. İndi təkcə o məlumdur ki, hər üç ABŞ-lı xristiandır. Lakin özlərinin və "Əl Qaidə"nin iddia etdiyinə görə, müsəlmanlığı qəbul ediblər. Onlar da digər terrorçular kimi saqqal buraxıb, dırnaqarası cihad amalına xidmət edirlər. Halbuki ümumən təşkilatın məqsədi İslam dinini gözdən salmaq və müsəlman olmaq istəyən milyonlarca insanı fikrindən döndərməkdir.

NƏTİCƏ:

1) "Əl-Qaidə" təşkilatı bir nömrəli terror ocağı olsaydı, çoxdan sıradan çıxarılmışdı. Halbuki rəhbərləri sərbəst fəaliyyət göstərdikləri halda, maliyyə vəsaitləri və silah-sursatla təchiz olunduqları halda, yalnız lazımsız sıravi üzvləri məhv edilir. Bəlkə öldürülmüş elan edilən insanlar heç də bu təşkilatın üzvləri deyillər? Və ya Ben Ladenin iddia edilən cəsədi niyə müəmmalı şəkildə yoxa çıxarıldı?

2) Səddam Hüseyn böyük bir ölkənin prezidenti olduğu halda, tezliklə bütün komandası ilə birgə tutularaq öldürüldü. Usama ben Ladenin sələfləri isə prezident deyillər və yaşadıqları yer çoxlarına məlumdur. Ən azı peyk vasitəsilə onların yerini rahatlıqla müəyyən etmək olar.

3) "Əl-Qaidə"də üç ABŞ-lı çalışır. Onların ABŞ kəşfiyyatçıları olduğunu düşünməmək ən azı, sadəlövhlük olardı.

4) Ben Ladenin başına külli miqdarda pul qoyulmuşdu. Bu fantastik məbləğ real olsaydı, heç olmasa "Əl-Qaidə" təşkilatındakı satqının adı üzə çıxardı.

5) "Əl-Qaidə" təşkilatı terrorla məşğuldur. Dinimizdə isə açıq-aydın qeyd olunur ki, bir nəfəri öldürmək bütün bəşəriyyəti məhv etmək qədər böyük günahdır. Halbuki təşkilatın başında tanınmış din adamlarının dayandığı iddia edilir.

6) "Əl-Qaidə" kimin tərəfindən böyük maliyyə vəsaitləri və silah-sursat alır? Axı ABŞ istəsəydi, onun bütün bank hesablarını və təchizat mexanizmini iflic edərdi?

7) Ankarada terror hadisəsi barədə məlumatı ABŞ kəşfiyyatı yalnız hadisə günü Türkiyəyə ötürmüşdü. Deməli, bu barədə məlumat onlarda əvvəlcədən var idi. Partlayıcı ilə dolu olan maşın yüzlərlə kilometri maneəsiz qət edərək hadisə yerinə gələ bilmişdisə, niyə ABŞ bu barədə Türkiyə rəsmilərinə öncədən xəbər verməmişdi?

8) Nə üçün avto-parka daxil olan iri maşın girişdə yoxlanılmamışdı? Bəlkə, bu, əvvəlcədən təşkil olunmuşdu?

9) Daim işlək vəziyyətdə olan kameralar nə üçün bir həftə çalışmamışdı? Axı dünyanın iri şəhərlərində 2 milyondan artıq belə kameralar gecə-gündüz fəaliyyətdədir? Deməli, maşını gətirənlərin şəxsiyyətini gizli saxlamaq tələb olunurdu.

10) Nə üçün maşında heç bir barmaq izi və ya başqa bir ipucu tapılmadı? Yəqin ki, sürücülər professional dəqiqliklə işləmişdilər. Daha doğrusu, bunun üzərində böyük bir kəşfiyyat çalışmışdı.

11) Ankarada terror hadisəsi baş versəydi, bütün Türkiyə rəhbərliyi məhv ediləcəkdi. Bu isə ABŞ-ın strateji tərəfdaşının gücdən salınması demək idi. Məlumdur ki, bu, ABŞ-ın maraqlarına tamamilə zidd bir məsələdir.

Bəlkə də nəyisə qeyd etmək yadımızdan çıxdı. Yoxsa siyahını sonsuzadək artırmaq olardı. Göründüyü kimi, suallar çoxdur. Onların cavabını isə hər kəs özü tapmalıdır.

Son söz əvəzi: Bütün müsəlman aləmi bu ilin 11 sentyabr gününü müqəddəs Ramazan ayından dərhal sonra qarşıladı. Hər il bu ayda insanlar saflaşmağa və əməlisaleh olmağa dəvət edilir. Ankara hadisələrinin məhz həmin ərəfəyə təsadüf etməsini təsadüf saymaq sadəlövhlük olardı. Belə ki, Ramazan öncəsi hamının İslama qarşı marağı, sevgisi daha da artır. "Əl-Qaidə"nin yada salınması və dolayısı ilə İslam dininə kölgə düşürmək məqsədi açıq-aydın sezilir. Məsələnin başqa tərəfləri də var. Türkiyə son dövrlərdə ABŞ-ın yürütdüyü "Şərq üsyanların"dan bir qədər uzaqlaşaraq, İsrailə və PKK-ya qarşı mübarizədə İranla daha da yaxınlaşıb. İran ABŞ-ın bir nömrəli hədəfidir. Yəqin ki, Ankara hadisələri ilə ABŞ terror təhlükəsinin daha real olduğunu göstərməyə çalışdı və Türkiyəyə bir daha gözdağı vermək istədi. Məqsəd nə olursa-olsun, son hadisələrdə ABŞ-ın dəst-xətti açıq-aydın görünürdü.

Allah Təala təkcə Ramazanda deyil, bütün aylarda imperializmin daha betər hoqqalarından biz müsəlmanları saxlasın. İmanınız güclü, məntiqiniz iti olsun! Amin!

Natiq Qocaman

O.M.