Paytaxtda ofisdə xadimə ikinci mərtəbədən yıxıldı

Paytaxtda ofisdə xadimə ikinci mərtəbədən yıxıldı

14 Sentyabr 2011 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Səbail rayonunda bədbəxt hadisə baş verib. Hadisə "İçəri Şəhər" qoruğu, Qüllə küçəsi 17 ünvanında yerləşən ofisdə qeydə alınıb. Orada xadimə işləyən 50 yaşlı Emma Abbas qızı Abbasova ikinci mərtəbədə pəncərənin şüşəsini silərkən ayağının sürüşməsi nəticəsində yerə yıxılıb. O, baş və ayaq nahiyəsinin əzilmiş-sınmış diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin orta olduğu bildirilir.

Heç kəs fəlakətdən sığortalanmayıb. Buna baxmayaraq, heç zaman ehtiyatı əldən verməyin.

Tofiq Əliyev

O.M.