Qaz emalı zavodunun dispetçeri özünü öldürdü

Qaz emalı zavodunun dispetçeri özünü öldürdü

14 Sentyabr 2011 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Qaradağ rayonu ərazisində intihar hadisəsi baş verib. Lökbatan qəsəbəsində yaşayan 56 yaşlı Faiq Quliyev özünü zirzəmidə asıb. Mərhumun məftillə asılmış meyiti dünən saat 15:00 radələrində aşkarlanıb.

Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. F.Quliyev Qaz emalı zavodunda dispetçer işləyirmiş. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

İntihar heç bir problemi həll etmir, daha da artırır.

Tofiq Əliyev

O.M.