İşğalçı Ermənistan Ordusu mövqelərimizi atəşə tutub

İşğalçı Ermənistan Ordusu mövqelərimizi atəşə tutub

14 Sentyabr 2011 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 12-də saat 20.20-dən 20.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 21.50-dən 22.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.00-dan 22.10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15.50-dən 16.05-dək, sentyabrın 14-də saat 03.50-dən 04.00-dək, 04.05-dən 04.10-dək, 05.10-dan 05.15-dək və 05.10-dan 05.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz, Aşağı Əbdürrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 03.50-dən 04.00-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

İndi olduğu kimi keçmişdə də qədim hayların ağızlardan-ağızlara keçən nəğmələrə həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır. (Musa Xorenatsi)

Tofiq Əliyev

O.M.