Xorvatiyada meşə yanğını silah anbarına keçdi

Xorvatiyada meşə yanğını silah anbarına keçdi

14 Sentyabr 2011 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Xorvatiyanın cənubundakı Knin şəhəri yaxınlığında meşə yanğını köhnə kazarmalardan birinə keçib. Kazarmanın anbarında mərmilər partlamağa başlayıb. Məlumatı Xorvatiyanın Hina agentliyi yayıb.

Dövlət Xilasetmə Xidməti hadisə yerindən 5 kilometr radiusda əhalinin evakuasiyasına başlayıb. Təhlükəli ərazidən uzaqlaşdırılanların əksəriyyətinin şəhərindəki idman mərkəzinin binasında yerləşdirilib. İlkin məlumatlara görə, fövqəladə vəziyyət nəticəsində xəsarət alan olmayıb.

Partlayış dalğası bir neçə evin şüşələrini sındırıb. Havaya qalxan tüstü 70 kilometr uzaqlıqdan aydın görünüb. Partlayışlar üzündən yanğının söndürülməsi dayandırılıb.

Xorvatiyanın Müdafiə Nazirliyin bir neçə il əvvəl "Stara straja" kazarmasının perspektivsiz elan edib və obyektdən istifadə dayandırılıb. Lakin kazarmanın ərazisində döyüş sursatlarının saxlandığı anbar qalır.

Od olan yerdən tüstü çıxdı.

Tofiq Əliyev

O.M.