Kürdəmirdə yol qəzasında iki nəfər ölüb

Kürdəmirdə yol qəzasında iki nəfər ölüb

14 Sentyabr 2011 08:00
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmirdə iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə hadisə sentyabrın 13-də axşam saat 21:00 radələrində Ağsu-Kürdəmir yolunun 28-ci kilometrliyində qeydə alınıb. Ağsu rayonunun Qarağaclı kənd sakini 1950-ci il təvəllüdlü Mirqədirov Sabir Mirsəfər oğlu idarə 10-LB-811 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobilini yüksək sürətlə idarə edərkən yolu keçən camışı vurub. Güclü zərbə nəticəsində camış maşının üstünə düşüb və sürücü idarəetməni itirib və avtomobili yoldan çıxararaq aşırıb. Hadisə nəticəsində Sabir Mirqədirov və onun həyat yoldaşı 1952-ci il təvəllüdlü Şükufə Mirqədirova həlak olublar. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Sürət məsafəni yox, ömrü qısaldır.

Tofiq Əliyev

O.M.