Əfqanıstan paytaxtında partlayış törədilib

Əfqanıstan paytaxtında partlayış törədilib

13 Sentyabr 2011 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanın paytaxtı Kabilin mərkəzində səfirlik və hökumət binalarının yerləşdiyi rayonda partlayış və atışma baş verib. Bir qrup döyüşçünün ərazidəki binalardan birində gizləndiyi ehtimal edilir. ABŞ səfirliyinin binası, NATO-nun qərargahının raketlə hədəfə alındığı xəbər verilir. Taliban döyüşçüləri məsuliyyəti üzərinə götürüb və hökumət binalarını hədəfə aldıqlarını bəyan edib. Taliban hərəkatının nümayəndəsi Zabiulla Mücahid bildirib ki, onların əsas hədəfi ABŞ səfirliyi, inzibati binalar və xarici təşkilatlardır.

Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü.

Tofiq Əliyev

O.M.