Bakı Təhsil İdarəsi məktəbli formalarının alınması üçün vaxtı uzatdı

Bakı Təhsil İdarəsi məktəbli formalarının alınması üçün vaxtı uzatdı

13 Sentyabr 2011 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bu il tədris ilində Azərbaycanda ilk dəfə olaraq 320 minə yaxın məktəblinin vahid məktəbli formasına keçidi nəzərdə tutulub. Bunların içərisindən 33 minə yaxın I sinfə gedən uşaqlardır. Onların da hamısı məktəbə vahid məktəbli formasında getməlidir.

Bakı Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının verdiyi məlumata görə, məktəbli formasının alınmasında çətinliklə qarşılaşan valideynləri nəzər alaraq oktyabr ayının 1-nə qədər vahid məktəbli formasının alınma vaxtı uzadılıb.

"Biz valideynlərin təşvişini nəzərə alıb, oktyabrın 1-nə qədər vaxtı uzatmışıq. Yetər ki, şagirdlər dərsə ağ köynək, qara ətək yubka və şalvarda gəlsinlər".

Tofiq Əliyev

O.M.