Afrikalı qız “Kainat gözəli” seçildi

Afrikalı qız “Kainat gözəli” seçildi

13 Sentyabr 2011 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyanın San Paolo şəhərində "Kainat gözəli" müsabiqəsi keçirilib. Müsabiqədə tac Afrikaya qismət olub. Belə ki, qalib adını Anqola təmsilçisi qazanıb. Leila Lopesi Braziliya, Ukrayna və Fillipin gözəlləri izləyib. 25 yaşlı kainat gözəli ölkəsinin adının daha çox xəstəliklər, savaşlarla xatırlandığını deyib. O bundan sonra belə hallarla mübarizə üçün daha çox imkan qazandığını qeyd edib. L.Lopes öz gözəllik sirlərini də açıqlayıb. Bədənində heç bir estetik müdaxilə olmadığını deyən gənc gözəl görünməsini çox yatmaq, Günəşdən qorunmaq və bol su içməsi ilə əlaqələndirib. Qeyd edək ki, yarışda 88 qız iştirak edib.

Dünyanı gözəllik xilas edəcək.

Tofiq Əliyev

O.M.