Qəbul imtahanlarında test tapşırıqlarının sayı dəyişdirilə bilər

Qəbul imtahanlarında test tapşırıqlarının sayı dəyişdirilə bilər

13 Sentyabr 2011 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

"Ali məktəblərə qəbul imtahanları zamanı açıq test tapşırıqlarının sayı artırılarsa, ümumi test suallarının sayında dəyişiklik edilə bilər". Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

M.Abbaszadə deyib ki, açıq test tapşırıqlarının həlli daha çox vaxt aparır və bu ümumi sualların sayında dəyişiklik edilməsini labüd edir. O qeyd edib ki, növbəti tədris ilində qəbul imtahanlarında ediləcək dəyişikliklərlə bağlı oktyabr ayında məlumat veriləcək.

Ümid edirik ki, dəyişikliklər hər şeyi yaxşılığa doğru aparacaq.

Tofiq Əliyev

O.M.