Prezident Qobustan rayonuna səfər edib

Prezident Qobustan rayonuna səfər edib

13 Sentyabr 2011 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Qobustan rayonuna səfər edib. Dövlət başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən bu park 2007-ci ildə istifadəyə verilib. Dörd hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilib, göz oxşayan fəvvarə kompleksi yaradılıb. Parkda rayon sakinlərinin istirahəti üçün hər cür şərait var.

Tofiq Əliyev

O.M.