Avtomobil təmiri sexində güclü partlayış olub, ölən və yaralanan var

Avtomobil təmiri sexində güclü partlayış olub, ölən və yaralanan var

13 Sentyabr 2011 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda avtomobil təmiri sexində güclü partlayış olub. Bu barədə APA-ya Xəzər Rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün saat 11.00 radələrində Qala qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində fəaliyyət göstərən avtomobil təmiri sexində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ölən və yaralananın adı hələlik açıqlanmır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Xəzər Rayon Prokurorluğunun əməkdaşları gəlib, araşdırmalar davam etdirilir.

Heç kəs fəlakətdən sığortalanmayıb. Buna baxmayaraq, ehtiyatı heç zaman əldən verməyin.

Tofiq Əliyev

O.M.