Paytaxtda 16 mərtəbəli yaşayış binasında yanğın baş verib

Paytaxtda 16 mərtəbəli yaşayış binasında yanğın baş verib

13 Sentyabr 2011 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda hündür mərtəbəli yaşayış binasında yanğın olub. Hadisə Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 77 kv/m olan 3 otaqlı mənzildə 12 kv/m sahədə əşyalar yanıb, yüksək temperaturdan mətbəxin lambrindən ibarət tavanının yanar konstruksiyaları 9 kv/m sahədə əriyib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən 30 nəfər təxliyə edilib, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Od olan yerdən tüstü çıxdı.

Tofiq Əliyev

O.M.