Ordumuzun iki əsgəri hərbi hissədən qaçıb

Ordumuzun iki əsgəri hərbi hissədən qaçıb

13 Sentyabr 2011 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ordusunun iki əsgəri xidməti ərazini özbaşına tərk edib. Verilən məlumata görə, əsgərlər xidmət etdikləri hissəni bu gecə tərk ediblər. Qaçan əsgərlər Şəmkir rayon sakini 20 yaşlı Vüsal Əlizadə və Bakı şəhər Xətai rayon sakini 20 yaşlı Hüseyn Ramazanovdur. Onlardan birinin xidməti silahını da özü ilə götürdüyü bildirilir. Hazırda polis şöbəsindən qonşu rayonların polis orqanlarına məlumat göndərilib. Onların axtarışı davam edir.

Tofiq Əliyev

O.M.