Ermənistan Ordusu atəşkəsi yenə də pozub

Ermənistan Ordusu atəşkəsi yenə də pozub

13 Sentyabr 2011 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 12-də saat 12.15-dən 12.25-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15.15-dən 15.30-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.25-dən 22.30-dək, sentyabrın 13-də saat 00.40-dan 00.50-dək və 01.10-dan 01.20-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.35-dən 02.43-dək isə Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər. (Jemçuynikov, yazıçı)

Tofiq Əliyev

O.M.