Qobustanın sahil boyu zibil və tullantılardan təmizlənəcək

Qobustanın sahil boyu zibil və tullantılardan təmizlənəcək

12 Sentyabr 2011 17:44
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 17-də Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsinin sahil boyu zibil və tullantılardan təmizlənəcək. "APA-ECONOMICS"in məlumatına görə, sahil boyu çimərliyinin təmizlənməsinə yönəlmiş aksiya Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü çərçivəsində keçirilir. Beynəlxalq Sahilyanı Təmizlik aksiyası çimərliklərin, daxili suların və okeanın zibil və tullantılardan təmizlənilməsi üçün həyata keçirilən birgünlük könüllülük təşəbbüsüdür.

Aksiyada bir sıra dövlət və qeyri-dövlət təşkilatlarının (Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Olimpiya Komitəsi, "Təmiz Şəhər" ASC, "Green Baku" Klubu, "Yaşıl Velosipedçilər" Klubu) nümayəndələri və könüllülər iştirak edəcək.

Bura zibil atanın...

Tofiq Əliyev

O.M.