Rezidenturaya sınaq imtahanlarının nəticələri açıqlanıb

Rezidenturaya sınaq imtahanlarının nəticələri açıqlanıb

12 Sentyabr 2011 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya sınaq imtahanlarının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, sınaq imtahanları sentyabrın 10-11-də keçirilib. Sınaq imtahanlarında baza ali tibb təhsili olan 656 namizəd iştirak edib. İmtahanların nəticələrini ilə TQDK-nın saytından öyrənmək olar. Bu gündən isə Azərbaycanda rezidenturaya sənəd qəbulu başlayıb. Rezidenturaya qəbul imtahanı isə sentyabrın 24-ü və 25-də keçiriləcək.

Oxumaq, oxumaq yenə də oxumaq.

Tofiq Əliyev

O.M.